Layihələrin ilkin texniki araşdırması
Layihələrin həyata keçirilməsindən əvvəl texniki araşdırmaların aparılması xidmətləri həyata keçiririk. Tələb olunan texniki məlumatlar üzrə araşdırmalar mühəndis araşdırmaları aparılaraq layihələrin hazırlanması üçün Sifarişçiyə toplu sənədlər halında təqdim olunur. Təqdim olunan məlumatlar Sifarişçi tərəfindən layihələndirmə tenderlərində, dövlət qurumları ilə danışıqlarda, ilkin biznes plan araşdırmalarında istifadə olunur.
Mövcud sənaye obyektlərində yenidənqurma və modernizasiya işlərində mövcud vəziyyətin öyrənilməsi üçün Laser Scanning və 3D Modelləmə işləri həyata keçirilir.
LASER SCANNING AND 3D MODELLING
- Mövcud vəziyyətin skan edilməsi
- Müasir avadanlıqlar hesabına əl ilə ölçmədən fərqli olaraq dəqiq ölçülərin çıxarılması
- Skan edilmiş avadanlıqların, boruların, qurğu və tikililərin AVEVA E3D proqramında
- yığılması
- Skan edilmiş hissələr üzrə as-built cizgilərin hazırlanması
- Mövcud proses xəttinin avadanlıq və boru addları ilə P&ID cizgilərinin hazırlanması
- İstismar və texniki qulluq üçün qurğunun virtual 3D modelinin hazırlanması