Haqqımızda
DEKON Group müştərilərimiz və tərəfdaşlarımız üçün innovativ həllər təqdim edən mühəndislik, idarəetmə, satınalma və konsaltinq şirkətidir.
40 illik təcrübəmizdən istifadə edərək, ilkin konsepsiya, texniki-iqtisadi əsaslandırma, planlama, dizayn və tikintidən texniki xidmətə qədər layihənin həyata keçirilmə dövrü boyunca mürəkkəb problemləri mütəxəssislərlə birlikdə həll etməyi təklif edirik. Yerli tərəfdaşlarla əməkdaşlıq edən beynəlxalq mütəxəssisləri şəbəkəmiz vasitəsilə müştərilərimizlə əlaqələndiririk. Sizə məqsədəuyğun və davamlı həllər təqdim etmək üçün ən yaxşı komandaları işə dəvət edirik. Təhvil verilən bütün işlər müştəri məmnuniyyətini nəzərə alaraq həyata keçirilir. Müştərinin fikirləri tikinti, dizayn və digər texniki məqamları əsas götürərək nəzərə alırıq.
Tərəfdaşlarımız və müştərilərimizlə sıx əməkdaşlıq edərək, onlara yüksək səviyyəli iş təqdim edirik. Qlobal bazarlarda fərdi və ya ortaq şəkildə fəaliyyət göstərmək çevikliyinə sahibik. Təqdim etdiyimiz bütün xidmətlər yalnız mütəxəssislər tərəfindən icra olunur və müştərinin istəkləri ətrafında qurulan plan üzrə yerinə yetirilir. Portfoliomuzda yer alan bütün işlər 99% müştəri məmnuniyyəti ilə sonlandırılıb. Müştərilərimiz isə daimiyə çevriliblər. Siz də onlardan biri olun, dizayn işlərində mütəxəssis məsləhətlərindən yararlanın.
Ağlınızda bir layihə var?
Layihələrinizi reallaşdırmaq zamanıdır! İndi bizə yazın və birlikdə büyük işlərə imza ataq!