Layihələndirmə
Neft-qaz, enerji, mülki və digər sahələrdə layihələndirmə üzrə xidmətlər toplusu təqdim edirik. Qabaqcıl texnologiyalardan və materiallardan istifadə edərək sadə və mürəkkəb strukturlu bina və qurğuların layihələndirmə işləri yerinə yetirilir.
MEMARLIQ VƏ KONSTRUKSİYA
- Eskiz layihələrin hazırlanması
- Memarlıq işçi layihələrin hazırlanması
- Konstruktiv hesabatların aparılması
- Dəmir-beton konstruksiyaların layihələndirilməsi
- Sahədə iş üçün detallı cizgilərin, armatur əymə cədvəllərinin hazırlanması
- Metal konstruksiyaların layihələndirilməsi
- Polad konstruksiyaların detallı emalat cizgilərinin hazırlanması
- Torpaq qazma, kipləşdirmə, təkmilləşdirmə layihələrinin hazırlanması
ELEKTRİKA VƏ MEXANİKA
- İşıqlandırma sisteminin layihələndirilməsi
- Torpaqlama və ildırımdan qoruma cizgilərinin və hesabatların hazırlanması
- Yüksək gərginlik xəttlərinin layihələndirilməsi
- Zəif cərəyan xəttlərinin layihələndirilməsi
- Layihəyə uyğun düzxətli sxemlərin hazırlanması
- Elektrik hesabatların hazırlanması
- Kabel cədvəli və kabel siyahısının hazırlanması, kabel trassının qurulması
- Havalandırma, isitmə və soyutma sistemlərinin layihələndirilməsi
- Hesablanmış gücə uyğun avadanlıqların seçilməsi
- Su-kanalizasiya sistemlərinin layihələndirilməsi
- Yanğın mühafizə sistemlərinin, sprinkler xəttlərinin layihələndirilməsi
Layihələndirmə prosesi tamamlandıqdan sonra tərəfimizdən dövlət orqanlarınma bütün lazımi icazələrin və sənədlərin alınmasında xidmətlərimizi təqdim edirik.
- Texniki şərtlərin, torpaq sahəsinin uyğunluğu sənədlərinin alınması
- Yerli normalara uyğun smeta sənədlərinin hazırlanması
- Layihələrin müvafiq dövlət orqanlarında təsdiq edilməsi
- Dövlət qurumlarında layihələrin müdafiəsi
- Səlahiyyəli orqanlar ilə görüşlərin keçirilməsi
- Tikintiyə icazə alınması
- Obyektin mühəndis kommunikasiya şəbəkələrinə qoşulması
- Obyektin istismara verilməsi.
